Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmer ilə telefonla danışaraq ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.
Bakupost.az xəbər verir ki, bu barədə Zelenski özünün Telegram kanalında məlumat verib.
O, Böyük Britaniyanın Ukraynaya illik olaraq ən azı üç milyard funt sterlinq ayırmağa hazır olduğuna görə Londona təşəkkür edib. Həmçinin, tərəflər, Ukraynanın mövqelərini gücləndirmək üçün Avropa liderləri ilə sıx əlaqə saxlamağa razılaşıblar.
"Vurğuladım ki, Ukraynanın NATO-ya dəvət alması və uzaq mənzilli imkanların artırılması bu məqsəd üçün vacibdir", — deyə Zelenski bildirib.
Lalə, Bakupost