Ru
15:10 / 07 Aprel 2025

Zelenski tənqid etdi - ABŞ səfiri səhvini düzəltdi

Zelenski tənqid etdi - ABŞ səfiri səhvini düzəltdi
Eye

Aprelin 4-də Rusiyanın Krivoy Roqa hücumundan sonra yaralanan 33 nəfər hələ də xəstəxanada müalicə alır.

Bakupost.az xəbər verir ki, bu barədə The New Voice of Ukraine bildirib.

Şəhərin Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul bildirib ki, yaralılardan 4-ü uşaqdır. Onlardan 2-nin vəziyyəti kritikdir.

Onun sözlərinə görə, yaralıların 18-i ağır vəziyyətdədir,

Qeyd ol8unur ki, əvvəlki hücumlar nəticəsində yaralanan daha 20 nəfərin müalicəsi davam edir.

Vilkul qeyd edib ki, 7-9 aprel tarixləri Krivoy Roqda 4 aprel hücumu qurbanlarını anmaq üçün matəm günü elan edili.

Xatırladaq ki, aprelin 4-də Rusiya qüvvələri Krivoy Roqda yaşayış məhəlləsinə balistik raket zərbəsi endirib. Hücum nəticəsində 9-u uşaq olmaqla 20 nəfər həyatını itirib, 70-dən çox insan yaralanıb.

Rusiya Müdafiə Nazirliyi guya Krivoy Roqda bir restoranda "komandan və təlimçilərin toplaşdığını" və oranı hədəf aldığını iddia edir, hücum nəticəsində 85 Ukrayna və Qərb zabitinin öldüyünü" bildirib. Ukrayna tərəfi isə bunun dezinformasiya olduğunu rəsmi şəkildə bəyan edərək, rusların mülki infrastrukturu hədəf aldığını və bu məqsədlə kaset başlığı ilə təchiz edilmiş "İskəndər-M" balistik raketindən istifadə etdiyini, bu cür raketlərin maksimum itki yaratmaq üçün nəzərdə tutulduğunu açıqlayıb.

ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink hücuma münasibət bildirərkən, Rusiyanın məsuliyyətini qeyd etməkdən qaçıb və hücumu “müharibənin bitməsi üçün daha bir səbəb” olaraq təsvir edib.

Ukrayna Prezidenti Volodimir Zelenski bu qeyri-müəyyənliyi tənqid edərək, uşaqlara qarşı edilən ballistik raket hücumlarının təqsirkarı olaraq Rusiyanın adını çəkməməyin "səhv və təhlükəli olduğunu" vurğulayıb. 6 apreldə səfir Brink Ukraynanın milli matəm günü ilə əlaqədar həmrəylik göstərərək, açıq şəkildə raket hücumunun Rusiya tərəfindən həyata keçirildiyini bildirib.

Elmina Qasımova,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar