Ru
22:31 / 28 Fevral 2025

Zelenski: Tramp, nəyə hazırsan?

 Zelenski: Tramp, nəyə hazırsan?
Eye 1585

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı Ukraynadakı müharibə və sülh danışıqları ilə bağlı bir sıra açıqlamalar verib.

Bakupost.az "Strana"ya istinadən xəbər verir ki, o, Vaşinqtona Trampın nəyə hazır olduğunu soruşmaq üçün gəldiyini deyib.

"Avropanın nəyə hazır olduğunu başa düşürəm. Prezident Trampdan ABŞ-ın nəyə hazır olduğunu soruşmaq istəyirəm", - Zelenski brifinqdə deyib.

O, həmçinin Rusiya prezidenti Vladimir Putinin dayanmayacağına əminliyini ifadə edib. Zelenski hesab edir ki, “Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir”.

O, ABŞ-ı Böyük Britaniya və Fransaya sülhməramlıların Ukraynaya yeridilməsi üçün zəmanət verməyə çağıraraq, Amerikanın zəmanəti olmadan avropalıların Ukraynaya qoşun yeritmək istəməməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Tramp görüşə qədər artıq bundan imtina etmişdi.

Bundan əlavə, Zelenski Trampın atəşkəs və sülh təşəbbüsü əleyhinə çıxış edib.

"Biz heç vaxt sadəcə atəşkəsi qəbul etməyəcəyik. Rusiya onu pozacaq", - Zelenski deyib.

Onun fikrincə, “istənilən danışıqlar Rusiya Federasiyası ilə Ukrayna arasında aparılmalıdır”.

"Sonra ABŞ onlara qoşula bilər və Avropa da qoşulmalıdır", - Zelenski deyib.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar