Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa ukraynalı boksçu Aleksandr Usıkın çempionluq kəmərini aparıb.
Zelenskinin Ağ Evə səfəri zamanı WBC kəməri Ukrayna nümayəndə heyətinin yanında görünüb.
Usık kəməri 2024-cü ilin avqustunda Zelenskiyə təhvil verib, fevralın 13-də isə Ukrayna prezidenti telefon danışığında onu Trampa verəcəyini vəd edib.
Tramp və Zelenski Vaşinqtonda görüşdən əvvəl açıq şəkildə mübahisə ediblər. Brifinqdən sonra Zelenski Ağ Evi erkən tərk edib. Səfər zamanı nadir torpaq metalları sazişinin imzalanması və görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edilib.
Usık 2024-cü ildə iki dəfə rinqə çıxıb və hər dəfə Böyük Britaniya təmsilçisi Tayson Fyuri ilə döyüşüb. May ayında keçirdiyi ilk döyüşdə məğlubedilməz ukraynalı Fyuriyə karyerasında ilk məğlubiyyətini yaşadıb və mütləq dünya çempionu olub. Lakin sonradan Usyk IBF titulundan imtina edib.
21 dekabr 2024-cü ildə Usık və britaniyalı Tayson Fyuri arasında ikinci döyüş baş tutub, bu döyüşdə ukraynalı yekdil qərarla qalib gəlib (116-112, 116-112, 116-112). Tarixdə ilk dəfə olaraq süni intellekt boks matçını idarə edərək 118-112 hesabı ilə qələbəni Usıkə verib.
Zaur,BakuPost