Ru
17:43 / 12 Dekabr 2024

Zelenski: "Ukraynalılar Trampa güvənir"

Zelenski: "Ukraynalılar Trampa güvənir"
Eye


Ukraynalılar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun administrasiyasına güvənirlər.

Bakupost.az xəbər verir ki. bunu Ukrayna prezidenti Volodimir Zelenski CBN telekanalına müsahibəsində deyib.

“Bu gün insanların ABŞ-ın yeni administrasiyasına və yeni prezidentə ümidləri var və ionun dediklərinə inanırlar”, - deyə Zelenski bildirib.

O, əlavə edib ki, Tramp münaqişəni 24 saat ərzində həll etmək niyyətindən danışanda, onu mümkün qədər tez bitirmək istədiyini nəzərdə tutur.

Bundan əvvəl Zelenski Macarıstanın baş naziri Viktor Orbanı Rusiya prezidenti Vladimir Putinə zəng etdiyinə görə tənqid edib.

O deyib ki, Ukraynanın təhlükəsizlik zəmanəti, ABŞ qətiyyəti və Avropa birliyinə ehtiyacı var və münaqişənin həlli ilə bağlı bütün danışıqlar Kiyevin iştirakı ilə baş tutmalıdır.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar