Ru
14:53 / 02 Oktyabr 2024

Zelenski Xarici Kəşfiyyat Xidmətində kadr dəyişiklikləri etdi

693
Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyində kadr dəyişikliyi edib.

Bakupost.az xəbər verir ki, Ukrayna dövlət başçısının saytında dərc olunan sərəncamlara əsasən, Oleq Sinayko idarə rəisinin müavini vəzifəsindən azad edilib. Gennadi Boqaç yeni müavin təyin edilib. Bundan əlavə, Oleq Luqovski başçı müavini vəzifəsindən birinci müavin vəzifəsinə keçirilib.

Oktyabrın 1-də Ukraynanın müdafiə naziri Rustem Umerov müavinləri arasında kadr dəyişikliyi təşəbbüsü ilə çıxış edib. Bu hadisələr Umerovun və Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun istefası ilə bağlı şayiələr fonunda baş verir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar