Ru
15:49 / 30 Noyabr 2024

Zelenskidən dünya liderlərinə çağırış

Zelenskidən dünya liderlərinə çağırış
Eye

Ukrayna lideri Vladimir Zelenski dünya liderlərini Putindən uzaq durmağa çağırıb.

Bakupost.az xəbər verir ki, o, bunu Britaniyanın Sky News kanalına verdiyi müsahibədə bildirib.

Zelenski qeyd edib ki, onun fikrincə, Rusiya prezidenti ilə dialoq arzuolunmaz nəticələrə səbəb ola bilər.

"Pandora qutusunu açmayın, çünki onu açsanız, digər liderlər də onunla danışıb qəzetlərə yerləşdirəcəklər. Və deyəcəklər ki, Putinin köməyi ilə bu işin öhdəsindən gələ bilərlər," - deyə o xəbərdarlıq edib.

Ukrayna liderlərinin fikrincə, bəzi dövlətlərin başçıları Putinlə dialoqdan mövcud böhranı həll etmək üçün deyil, yalnız öz şöhrətlərini artırmaq üçün istifadə etməyə hazırdırlar.

Lalə, Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar