Ru
18:01 / 10 Mart 2025

Zelenskidən kostyumla bağlı maraqlı zarafat - VİDEO

Zelenskidən kostyumla bağlı maraqlı zarafat - VİDEO
Eye

Ukrayna prezidenti Vladimir Zelenski "Şevçenko mükafatı"nın təqdimetmə mərasimində çıxış edərkən, tədbirə kostyumsuz gəldiyinə görə bağışlanmasını istəyib.

Bakupost.az xəbər verir ki, bununla bağlı video dövlət başçısı aparatının sosial şəbəkə hesabında yayımlanıb.

“Bir daha bütün ukraynalı yaradıcılara öz minnətdarlığımı bildirmək istəyirəm", - deyib.

Daha sonrqa o, təbəssümlə “Bağışlayın, mən kostyumda deyiləm” deyə zaraft edib.

Bundan sonra zalda alqış sədaları qopub.

ABŞ prezident administrasiyası Zelenskidən Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlardan əvvəl uyğun geyinməyi xahiş edib. Lakin Ukrayna lideri bu xahişə məhəl qoymayıb və öz adəti üzrə gəlib. Oval kabinetdə keçirilən görüşdə jurnalist Brayan Qlenn Ukrayna liderindən kostyumunun olub-olmadığını soruşub. Bu sualdan sonra Ağ Evdə vəziyyət qızışmağa başlayıb və sonda danışıqlar Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında mübahisə ilə nəticələnib.

Qlenn daha sonra Zelenskiyə söylədiyi fikirlərə görə "minlərlə təhdid" aldığını bildirib.

Zelenskinin dizayneri Ağ Evdə Amerika lideri ilə danışıqlar zamanı onun imicini müdafiə edib.

Zaur,BakuPost



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar