Ru
23:21 / 04 Dekabr 2024

Zelenskidən sensasiya: Gürcüstana sanksiya tətbiq edəcəyik

Zelenskidən sensasiya: Gürcüstana sanksiya tətbiq edəcəyik
Eye

Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırlayır.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“Gürcüstandakı vəziyyətlə bağlı hesabat vardı. Mən müvafiq sanksiya qərarlarının hazırlanmasını tapşırdım”, - deyə Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

O, bunların hansı sanksiyalar olacağını və nə vaxt tətbiq ediləcəyini açıqlamayıb.

Noyabrın 28-də Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası başlayıb. Aksiyaya səbəb ölkənin baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və icmadan bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üzrə dialoqun başlanması ilə bağlı davamlı şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar