Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya raket zərbələri endirməklə bağlı verdiyi axmaq qərar -hazırda ən təhlükəli vəziyyətdir.
Bakupost.az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Time" jurnalına verdiyi müsahibədə bildirib
Tramp, Zelenskinin bu qərarı ABŞ Prezidenti Co Baydenin razılığı ilə verdiyini ehtimal edib.
“Düşünürəm ki, bu, ciddi bir eskalasiyadır və axmaq bir qərardır”, - deyə o əlavə edib.
Lalə Novruz, BakuPost