Ru
21:45 / 31 Mart 2025

Zelenskinin ofisi seçki xəbərini təkzib etdi

Zelenskinin ofisi seçki xəbərini təkzib etdi
Eye

Ukrayna hakimiyyəti iyulda seçki keçirməyi planlaşdırmır.

Bakupost.az xəbər verir ki, bu barədə BBC yayım korporasiyasının Ukrayna xidməti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu məsələ ilə bağlı görüş keçirilməyib və kimsə iyulda seçkilərin təşkili ilə bağlı göstəriş almayıb.

Xatırladaq ki, martın 30-da Böyük Britaniyanın “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən ölkədə iyulda prezident seçkilərinin keçirilə biləcəyi barədə məlumat yayıb. İddiaya görə, ötən həftə Volodimir Zelenski öz ofisinə atəşkəs əldə edildikdən sonra səsvermənin təşkili ilə bağlı işə başlamağı tapşırıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar