Birləşmiş Ştatlar Ukraynanın faydalı qazıntılarına dair sövdələşmə ilə bağlı Kiyevin mövqeyindən narazıdır.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Vaşinqton Post” yazıb ki, Ukrayna hakimiyyəti ABŞ administrasiyasının Vaşinqtona Ukraynanın nadir torpaq minerallarının 50%-nə hüququnun verilməsi müqabilində respublikaya hərbi yardım göstərmək planını rədd edib.
Ukrayna prezidenti Vladimir Zelenski sazişi imzalamaqdan imtinasını sənədin ölkənin maraqlarını lazımi səviyyədə qorumaması və təhlükəsizliyinə kifayət qədər təminat verməməsi ilə izah edib.
Zaur, BakuPost