“Zelenski Vaşinqtonda onu nə gözlədiyini təxmin edir, buna da əvvəlcədən psixoloji olaraq tam hazırlaşmışdı”.
Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şükürlü deyib. Onun fikrincə, Tramp Zelenskini Bağışalamayacaq: “O, hamıdan yaxşı bilirdi ki, Tramp onu 2019-2020-ci illərdə Baydenə dəstəyinə görə bağışlamayacaq və mütləq cəzalandıracaq.
Hətta vitse-prezident Vens diplomatik etiketi bir yana buraxıb, bunu açıq şəkildə onun üzünə də çırpdı.
Ancaq Zelenskinin geriyə yolu yoxdur. O, aqibətindən - Trampın Ukraynada başqa bir şəxsin prezident gətirilməsinə hazırlıqlar aparmasından xəbərdardır və səhnəni yalnız qəhrəman kimi tərk etməyə çalışır”.
Elxan Şükürlü Zelenskiyə qarşı sui-qəsdlərin hazırlanacağını düşünür:
“Çox ehtimal ki, bundan sonra Zelenskiyə qarşı sui-qəsdlər təşkil ediləcək, Ukraynada çevriliş ssenarisi daha sürətlə həyata keçirilməyə başlanacaq.
İndi o, "sülhə əsas maneə" kimi təkcə rusların yox, həm də amerikalıların hədəfindədir. Adətən, belə situasiyalardakı çevriliş və qəsdlər ssenarisi "ərəb saçı"na dönür”.