Ru
10:36 / 01 Mart 2025

Zelinski: Xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm

Zelinski: Xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm
Eye 1090

"Müharibənin bitməsini ən çox Ukrayna xalqı istəyir".

Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "FOX News" telekanalına müsahibəsində deyib.

Ölkəsinə təhlükəsizlik zəmanəti verilməsindən danışan Zelenski münaqişənin həlli üçün atəşkəsin yetərli olmadığını və müharibənin bitməsini daha çox yalnız Ukrayna xalqının istədiyini vurğulayıb.

O, Rusiya ilə sülh imkanlarını da dəyərləndirib:

"Sülh sadəcə müharibənin olmaması demək deyil. Lakin buna baxmayaraq, mən xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm. Çünki ölkəmizdə hər kəs sabah Rusiya Prezidentinin yenidən hücum edəcəyindən ehtiyatlanır. Rusiya evlərimizə hücum edib və bu zaman onların nə etdiyini də bütün dünya görüb. Biz bunun təkrarlanmamasını istəyirik. Ona görə də ölkəmizin təhlükəsizlik zəmanətinə ehtiyacı var".

V. Zelenski rəsmi Kiyevin faydalı qazıntılarla bağlı razılaşma imzalamağa əvvəlki kimi hazır olduğunu söyləyib.

Onun qənaətincə, bu istiqamətdə ilk addım rəsmi Vaşinqtonun Ukraynaya təhlükəsizlik ilə bağlı tutarlı zəmanət verməsindən keçir:

"Avropanın da zəmanətə ehtiyacı var. Bunun üçün isə avropalı sülhməramlılar Urkaynanın ərazisində yerləşdirilməlidir. Bu müddət isə müharibənin sonunaqədərki dövrü əhatə etməlidir".

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar