Toronto Universitetinin alimləri zəncəfildə bağırsaq iltihabı xəstəliyinin inkişafında iştirak edən nüvə reseptorunu tənzimləyə bilən furanodienon (FDN) adlı birləşmə aşkar ediblər.
Bakupost.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Communications (NatCom) jurnalında dərc olunub.
Bu xəstəlik adətən, qarın ağrısı, ishal,çəki itkisi və yorğunluq ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bağırsaq iltihabı həmçinin oynaqların iltihabına, dəri səpgilərinə və gözün zədələnməsinə səbəb ola bilər.
Kanada alimləri bu cür xəstəliklərin əlamətlərini yüngülləşdirə biləcək təbii məhsullar tapmağa başlayyılar. Onlar antiiltihab və antioksidan xüsusiyyətləri ilə tanınan zəncəfil kökünə diqqət yetirdilər. Təhlil göstərib ki, bu məhsulun tərkibindəki furanodienon maddəsi siçanlarda iltihablı sitokinlərin istehsalını boğmaq qabiliyyətini aktivləşdirərək, X reseptoruna (PXR) bağlana bilir.
Alimlərin fikrincə, FDN-nin əlavə faydası, iltihabın səbəb olduğu bağırsaq selikli qişasının zədələnməsini bərpa edən sıx birləşmə zülallarının istehsalını artıra bilməsidir.
Tədqiqatçılar qeyd ediblər ki, zəncəfildən əldə edilən furanodienon İBH-nin müalicəsi üçün daha yaxşı seçim ola bilər, çünki o, immun sistemini zəiflətmir və ya qaraciyər funksiyasına təsir etmir. Bu fərziyyəni təsdiqləmək üçün alimlər insanlar üzərində tədqiqatlar aparmağı planlaşdırırlar.
Zaur, BakuPost