Ru
22:30 / 14 İyun 2023

“Zəngəzur dəhlizinə İran mane olur” - Mirzoyan

“Zəngəzur dəhlizinə İran mane olur” - Mirzoyan
Eye

“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur”.

Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlaması zamanı deyib.

O, kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.

Ermənistan XİN başçısı vurğulayıb ki, kommunikasiyaların açılmasına dair danışıqlarda Azərbaycanla müəyyən irəliləyiş var, lakin yekun nəticələr barədə danışmaq hələ tezdir.

Mirzoyan deyib ki, Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur.

“Kommunikasiyalar bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır", - deyə Mirzoyan əlavə edib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar