Ru
13:10 / 16 Sentyabr 2024

Zəngəzur dəhlizinə kimlər nəzarət edə bilər? - Prosesə neytral dövlətlər cəlb ediləcək

1762
“Zəngəzur dəhlizinə xarici şirkətlərin nəzarət etməsi yeni təklif deyil”.




Bunu politoloq Elxan Şahinoğlu Bakupost.az -a deyib.

O bildirib ki, ötən ilin yayında Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bu mövzu müzakirə edilmişdi. Hətta nəzarətə Beynəlxalq Gömrük Təşkilatının cəlb olunması fikri də səsləndirilmişdi:



“Təbii, Azərbaycan istəmir ki, onun vətəndaşlarını dəhlizdə ermənilər yoxlasınlar. Amma beynəlxalq təşkilatları cəlb etmək istəyi müzakirə edilə bilər. Baxır beynəlxalq şirkət dedikdə kimlər nəzərdə tutulur? Məsələn, Fransaya bağlı şirkətin dəhlizdə nəzarətinə rəsmi Bakı razılaşmayacaq. Amma neytral dövlətlərin hansılarınsa şirkətlərinin prosesə cəlb edilməsi mümkün olan variantdır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar