Ru
12:22 / 18 Fevral 2025

"Zəngəzur dəhlizinə maraq azalacaq" - VERSİYA

"Zəngəzur dəhlizinə maraq azalacaq" - VERSİYA
Eye

“Zəngəzur dəhlizi ilə bağlı heç bir irəliləyiş yoxdur. Nikol Paşinyan müxtəlif açıqlamalar versə də, real addım atılmayıb. Zəngəzur dəhlizinin açılmasının yubanması da Azərbaycan üçün böyük problem yaratmır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti işləyir. İranla razılaşmaya əsasən, Araz çayı üzərindən körpünün inşası bitmək üzrədir. Beləliklə, İran ərazisindən keçməklə Araz çayının sahili boyu dəmir və avtomobil yolu ilə Naxçıvana gediş-gəliş mümkün olacaq”.

Bunu Bakupost.az -a politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla Ermənistan özünə problemlər yaradır:



"İran üzərindən kommunikasiyalar açılsa, Zəngəzur dəhlizinə maraq azalacaq. Yenə də itirən tərəf Ermənistan olacaq".

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar