Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:32 / 18 Oktyabr 2024

Zəngəzur dəhlizinin açılmasını zəruri edən faktorlar... - Zərdüşt Əlizadənin şərhi

660
“Bununla da Cənubi Qafqazda dəmir yolu şəbəkəsi işə düşəcək”

“Rəsmi Bakı Zəngəzur dəhlizinin açılmasını istəyir. Bunun qarşılığında isə Ermənistana alternativlər təklif edilir. Ermənistanın Rusiyaya, Şərqə, Mərkəzi Asiyaya çıxışı üçün Azərbaycan dəmir yolu xətti təklif edir. Hətta Naxçıvan üzərindən İrana keçid də mümkündür. Bununla da Trans-Xəzər dəmir yolu ilə Çin malları Avropaya çatdırılacaq. Həmçinin əks istiqamətdə də Avropa mallarını daşımaq mümkün olacaq. Xəzər üzərindən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistandan keçməklə real şəbəkə mövcuddur. Artıq Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinə bunun üçün 10 milyard dollar vəsait ayırıb. Bu vəsaitlə mövcud dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi planlaşdırılır”.

Bunu Bakupost.az -a politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, Azərbaycanda da nəzərdə tutulan gəmi bərələrinin tikintisi ilə bağlı maliyyələşmə olacaq. Bununla da qatarlar həmin bərələrlə Aktaudan Ələtə gətiriləcək. Hazırda bu istiqamətdə bir dəmir yolu xətti mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən bu daşımalar ediləcək:

“Zəngəzurdan keçəcək dəhliz açılsa,buradan Ermənistana, daha sonra isə Naxçıvana, İrana qədər uzanacaq dəmir yolu şəbəkəsindən söhbət gedir. Artıq Mərkəzi Asiya dövlətlərinin başçıları Çin ilə bu məsələdə razılaşıb. Rusiyanın da bu şəbəkəyə qoşulması mümkündür. Beləliklə, Rusiyanın məlum sanksiyalardan yan keçərək, bu prosesdən divident əldə etməsi mümkündür. Bununla da Cənubi Qafqazda dəmir yolu şəbəkəsi işə düşəcək. Bütün bunlar isə Mehri dəmir yolunun, yəni Zəngəzur dəhlizinin açılması ilə reallaşacaq”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar