Ru
17:46 / 03 Fevral 2025

Ziya Ağa yenidən böyük səhnədə - FOTO

Ziya Ağa yenidən böyük səhnədə - FOTO
677


İstedadlı teatr və kino aktyoru, prezident mükafatçısı, “White Roof” şirkətinin rəhbəri Ziya Ağa yeni böyük layihəsini teatrsevənlərə təqdim edəcək.

Bakupost.az xəbər verir ki, aprelin 20-də Heydər Əliyev Sarayında İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında M.Teatrda səhnələşdirilən eyni adlı tamaşanın premyerası olacaq.

Məlumat üçün bildirək ki yeni tamaşa Z.Ağanın rəhbərlik etdiyi “White Roof” şirkətinin layihəsi çərçivəsində keçiriləcək.

Premyerası olacaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissor Oksana Rəsulovadır.

Səhnə əsərində obrazları Ziya Ağa ilə yanaşı, Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, tanınmış aktyorlar Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və M.Teatrın aktyorları ifa edirlər.



Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar