Anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R.-ya körpəlikdən qəyyumluq edən ailənin olduğu ortaya çıxıb.
Bakupost.az "Xəzər TV"yə istinadən xəbər verir ki, Cəmilə Nəsirova adlı qadın ailəsi ilə birgə körpəyə 1 yaş 4 aylığından qəyyumluq edir.
Belə ki, Cəmilə xanım gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, Fatimə Ramazanova övladına baxmaq üçün ailə axtarır. Qadın deyir ki, F. Ramazanova öz övladını Nəsirovlar ailəsinə təhvil verərək ailəyə qəyyumluq verəcəyini vəd edib. Lakin 2024-cü ilin dekabrında yenidən uşağı ailədən alıb və ona işgəncə verib.