Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın 11-ci çağırış parlamentinin bu gün keçiriləcək ilk iclasının qeyri-konstitusion olduğunu bəyan edib.
Bakupost.az xəbər verir ki, Zurabişvili bu barədə "X" platformasındakı paylaşımında qeyd edib.
O, 26 oktyabr seçkilərində kütləvi saxtakarlıq olduğunu və bunun parlamentin legitimliyini baltaladığını qeyd edib.
"Mən 1-ci sessiyanı çağırmaqdan imtina etdim və Konstitusiya heç kimin əvəzedici kimi çıxış etməsini tanımır.", - Zurabişvili qeyd edib