AZAL Küveytə müntəzəm uçuşlara başlayır

648
Dekabrın 22-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq. 

BakuPost aviaşirkətə istinadən xəbər verir ki, J2-119/J2-120 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından reallaşdırılacaq. 

Qeyd edək ki, AZAL indiyə qədər Küveyt istiqaməti üzrə uçuşları çarter proqramı əsasında yeriinə yetirirdi. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər