Ru
15:15 / 24 İyun 2019

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görüldü

5606
 

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb. 

 

"BakuPost"un xəbərinə görə, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.


Forum Heydər Əliyev Mərkəzində BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.


Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər