Azərbaycan millisi Slovakiyaya məğlub oldu: İstefa tələbi - YENİLƏNİB

622
Azərbaycan Slovakiyaya məğlub oldu. 
 
BakuPost.az xəbər verir ki, rəqib komanda ikinci hissədə qapımıza daha iki dəfə yol tapıb. Kapitan Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurduğu halda, matçda son nöqtəni David Hançko qoyub - 5:1.

 

 

Beləliklə, yığmamız Nikola Yurçevinin rəhbərliyi altında meydanı yenə məğlub tərk edib. Rəqib isə turnir cədvəlində ilk pilləyə yüksəlib.

 

 

Qeyd edək ki, yığmamız millimiz ilk qolu buraxdıqdan sonra bəzi azarkeşlər "istefa" şüarı səsləndirib. Növbəti qollardan sonra isə bu, kütləvi şəkil alıb. "Bakcell Arena"ya toplaşan azarkeşlərin əksəriyyəti AFFA rəhbərliyini istefaya səsləyib.

 

 

***

 

 

30-cu dəqiqədə Marek Hamsik 3-cu qolu millimizin qapısından keçirib: 1-3

 
***
 

Ardınca Ramil Şeydayev fərqi azaldıb: 1-2.

 

***

 

Rəqib komanda oyunçusu Yurak Kuçka 27-ci dəqiqədə 2-ci qolu vurub.

 

 
***
 
Milli komandamız Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb.
 
BakuPost.az xəbər verir ki, yığmamız Bakıda Slovakiya millisini qəbul edir. Slovakiya millisi 8-ci dəqiqədə hesabı açıb.  Stanislav Lobotka fərqlənib: 0-1.
 
Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu gün ilk xalını qazanmağa çalışacaq.
E qrupunun digər oyununda isə 3 gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edəcək.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər