Ru
23:06 / 20 Avqust 2019

Azərbaycan nömrəli KİA Diyarbəkirdə qəzaya düşdü

4179
Türkiyənin Diyarbəkir bölgəsinin Bismil qəsəbəsi rayonunda Azərbaycan dövlət nömrə nişanlı avtomobil yol-təmir işlərinə cəlb olunmuş yük maşını ilə toqquşub.

 

BakuPost-un Türkiyə KİV-inə istinadən məlumatına görə, Bismil qəsəbəsinə bağlı Üçtəpə məhəlləsi yaxınlığında baş vermiş qəza nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Qəzada avtomobildəki 5 nəfər yaralanıb, onların kimlikləri göstərilmir.
Avtomobilin dövlət nömrə nişanının 90-KF-424 olduğu məlumdur, qəza yerindən çəkilmiş fotoya əsasən markası KİA-dır. Fotoya əsasən avtomobil ciddi deformasiyaya uğrayıb, tamamilə sıradan çıxıb. Yaralılar Bismil Dövlət Xəstəxanasına yerləşdirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər