Ru
22:19 / 14 Avqust 2019

Azərbaycan səfirliyi Rusiya XİN-ə NOTA verdi

2924
Azərbaycan səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb. BakuPost xəbər verir ki, bu barədə virtualaz.org-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat veriblər. Bildirilib ki, cari ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində "Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb. Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən "Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib. Bununla bağlı Sabir Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, Səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb. Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər