Qəbələdə 3 ölkənin Müdafiə nazirlərinin görüşü keçirilir - FOTO

228
Bu gün Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilir.
 
Nazirlər əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarı və "Əbədi məşəl" abidəsi önünə gül dəstələri düzüblər.

Sonra hər üç ölkənin müdafiə naziri ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb.
Heydər Əliyev Konqres Mərkəzində başlayacaq görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. (apa)




ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər