Ru
17:06 / 24 İyun 2019

Azərbaycan və Türkiyə e-hökumət sahəsində əməkdaşlıq edəcək

2004


Bu gün Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu
çərçivəsində Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi, Türkiyə Nəqliyyat və İnfrastruktur
Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin
göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu
imzalanıb.


"Bakupost”un məlumatına görə, Niyyət Protokolu çərçivəsində
dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlığı və təcrübə
mübadiləsini təşviq etmək üçün tərəfdaş qurumlar arasında bacarıqların
artırılması, o cümlədən qabaqcıl təcrübələrin paylaşılması, mütəxəssislərin
mübadiləsi və birgə araşdırmaların aparılması nəzərdə tutulur. Həmçinin ekspert
məsləhətləşmələri və texniki yardımın, təhsil proqramları, təlimlər,
ixtisaslaşdırılmış kurslar və digər vasitələrlə insan resursları bacarıqlarının
artırılması məsələləri həyata keçiriləcək.


Tərəfdaşlar Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın və
qardaşlıq əlaqələrinin gücləndirilməsi, dövlət xidmətlərinin göstərilməsi və
e-hökumət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bu sənədin əhəmiyyətini
vurğulayıblar.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər