"Azərbaycana xarici sərmayə qoyan ölkələr arasında Böyük Britaniya birincidir" - Nazir müavini

465
Bakıda Böyük Britaniyanın Milli Günü - Kraliça Yelizavetanın doğum gününə həsr olunmuş qəbul keçirilib.
 
BakuPost.az  APA-ya istinadən xəbər verir ki, builki qəbul ətraf mühitə həsr olunub.
 
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyır.
Onun sözlərinə görə, XX əsrdə Böyük Britaniya şirkətləri Azərbaycanın neft sənayesinin inkişafında böyük rol oynayıb. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk qərb ölkələrindən biridir.
 
X. Xələfov vurğulayıb ki, Azərbaycan Böyük Britaniya ilə siyasi dialoqun səviyyəsindən razıdır. O, Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini gücləndirəcəyinə ümid etdiyini qeyd edib.
 
Xələf Xələfov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən iki ölkə arasında çoxşahəli əməkdaşlıq inkişaf edir: "Azərbaycana xarici sərmayə qoyan ölkələr arasında Böyük Britaniya birinci yerdədir. İki ölkə arasında əlaqələrin əsasən energetika sahəsində inkişaf etməsinə baxmayaraq, hazırda əlaqələr diversifikasiya prosesindədir”.
 
Nazir müavini deyib ki, ölkələr arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf edir. Böyük Britaniya azərbaycanlı tələbələrin ən çox üz tutduğu 3-cü xarici ölkədir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər