Ru
18:24 / 17 İyul 2019

Nazirlik sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat yaydı - YENİLƏNİB

2744


 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sosial şəbəkələrin işində yaranan problemlə bağlı açıqlama yayıb.


Məlumatda bildirilib ki, bu gün dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb: "Azərbaycanda da istifadəçilər "Facebook”, "Instagram” və "Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb”.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.


"Populyar internet resurslarının işini təqib edən "Downdetector” xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.


ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər "Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər”, - məlumatda qeyd edib.
 

 

**

16:35 

Azərbaycanda Facebook sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb. 

 

Bakupost xəbər verir ki, artıq 10 dəqiqədir ki, facebooka giriş mümkün deyil.  Sosial şəbəkəyə nə smartfon, nə də kompüterlərdən keçid alınmır. 


Keçid zamanı "Sorry, something went wrong.  We're working on it and we'll get it fixed as soon as we can. Go Back" sözləri ekrana çıxır. 


Problemin digər ölkələrdə də olub-olmaması araşdırılır. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər