***
10:11
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da,
onun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.
Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.
***
16:46
General-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib. Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bəs bunlara serjantdan generala qədər çin hansı qanunla verilib.Niyə ölkəni bu hala gətirdiniz?insanlar bir tərəfdən imkansız, zillət içində,digər tərəfdən Generallar,deputatlar,nazirlər,İcra başçıları,Polis rəisləri,prokurorlar,hakimlər (rüşvət yığanlar,ölkəni talan edənlər-bir regiondan ) Bu necə ölkə idarəçiliyidir?Bu da Naxçıvanlıdır? Balam Naxçıvanda hamı general olur? Bu nə basa-basdır?Azərbaycanda bu çinlər necə paylanır? Yəqin rüşvət piramidası burada daha güclüdür.Yoxsa bir regiondan bu qədər general? Bunlar harada oxudu,böyüdü,işlədi,xidmət göstərdi?