Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:11 / 02 İyul 2019

Ağır qəzaya düşən Hacı Mazanla bağlı YENİ XƏBƏR

5695


 

Qəza keçirən Ramazan Zeynalov hazırda Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyə Klinikasına yerləşdirilib.


Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib. O, hazırda klinikanın reanimasiya şöbəsindədir.
 

 

**

12:50

Ağır qəzaya düşən biznesmen Hacı Mazanın səhhəti ilə bağlı yeni məlumat əldə etmişik.

 



Biləsuvar Mərkəzi rayon Xəstəxanasından Bakupost.az-a bildirilib ki Hacı Mazanın sağ budu sınıb və və qapalı kəllə beyin travması keçirib. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib. 

 

Yaxınları onun Bakıdakı xəstəxanalardan birinə gətirib.

 

**

11:45

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost Virtualaz.org-a istinadən məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə  Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya bölməsinə yerləşdiriliblər.


Onun yanına heç kəs buraxılmır və bu saatlarda xüsusi təcili yardım avtomobili ilə Bakıya gətiriləcəyi gözlənilir.


Hadisənin "Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar