Azərbaycanda istehsal olunan dronlara xaricdən ilk sifarişlər alındı

413
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında istehsal edilən dronlarla (pilotsuz uçuş aparatı) bağlı ilk dəfə olaraq artıq xarici ölkələrdən də sifarişlər alınıb.

BakuPost xəbər verir ki, bunu Azərtac-a AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda həm mülki, həm də ölkənin hərbi qüdrətini artırmaq məqsədilə müxtəlif növ dronlar istehsal olunur. Bu dronlar həm keyfiyyətinə, həm də parametrlərinə görə xaricdən alınan dronlardan yüksəkdir, unikal sistemlərdir. Artıq Azərbaycanda istehsalı olunan dronlar ölkə bazarı üçün deyil, həmçinin xarici bazarlar üçün də əhəmiyyətlidir.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan AMEA-nın Yüksək Texnologiyalar Parkı elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər