Ru
21:33 / 01 Noyabr 2018

Azərbaycanda mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq

18286
2018-ci ildə Azərbaycanda 72,6 milyon manat həcmində mebelin istehsal olunması gözlənilir ki, bu da ötən illə müqayisədə 11,8 faiz çoxdur.


BakuPost-un Trend-ə istinadən məlumatına görə, bu barədə 2019-2022-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı proqnoz göstəriciləri və konsepsiyasında deyilir.


Proqnozlara əsasən, növbəti illərdə mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq. Belə ki, 2019-cu ildə mebel istehsalı 76,7 milyon manat, 2020-ci ildə 82,2 milyon manat, 2021-ci ildə 88,2 milyon manat, 2022-ci ildə isə 94,5 milyon manat təşkil edəcək.


Azərbaycanda daha çox ofis mebelinin istehsalı gözlənilir: 2018-ci ildə ofis mebeli istehsalının 17 481 ədəd, 2019-cu ildə 18 529, 2020-ci ildə 19 641, 2021-ci ildə 20 820, 2022-ci ildə 22 069 ədədə çatacağı gözlənilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər