Azərbaycanda məktəbin həyətində dəhşət – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi – FOTO

608
Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib.

Bakupost  xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə bildirilib ki, "Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxlanılıb. Bildirilib ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.

Xırdalan şəhərində 2 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyilindən diqqqətə çatdırılıb ki, qəza nəticəsində 1 şagird Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyevə hazırda həkim nəzarətindədir.



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər