Ru
11:52 / 18 Fevral 2017

Azərbaycanda nə qədər xristian var?

Azərbaycanda nə qədər xristian var?
Eye

"Azərbaycan əhalisinin 2 faizi xristiandır. Bizim aramızda hər hansı dini, milli qarşıdurma yoxdur".

 

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata bildirib. 

 

Aleksandr Ata deyib ki, xristianlar Azərbaycanda dövlət orqanlarında, parlamentdə və ictimai sahələrdə aktiv təmsil olunurlar: "SSRİ dövründə din təqibə məruz qalıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil Azərbaycanda din layiqli yerini tutdu. Azərbaycanda yeni məscidlər, kilsələr, sinaqoqlar açılıb. Din insanları parçalamır, əksinə, birləşdirir".

 

Bakı Post

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar