Tanınmış jurnalistin ailəsində dəhşətli faciə: arvadı və qızı özünü 10cu mərtəbədən atdı - YENİLƏNİB

6289
 
Bakıda özünü 10-cu mərtəbədən atıb öldürən ana və qızının şəxsiyyəti müəyyənləşib.
 
Bakupost.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, paytaxın Yasamal rayonunda yaşadıqları binadan özlərini atıb öldürən şəxslər Allahverdiyeva Rübabə Cümşüd qızı və onun 29 yaşlı qızı Allaherdiyeva Xədicə İsmayıl qızıdır. 
 
Əldə etdiyimiz məlumata görə, intihar edən ana və qızı tanınmış jurnalistin ailəsidir. İsmayıl Allahverdiyev "Respublika" qəzetinin baş redaktorunun müavinidir. 
**
14:10
 
Bakıda intihar olub.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər