Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər

679
"Azərbaycan və Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilərlər”.
BakuPost-un məlumatına görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov jurnalistlərə açıqlamasında deyib.
 
Baş nazir bildirib ki, hazırda zirehli jiletlərin istehsalı ilə bağlı birgə müəssisənin yaradılması istiqamətində Azərbaycanla Bolqarıstan şirkətləri arasında danışıqlar aparılır.
 
B.Borisov qeyd edib ki, Azərbaycanla Bolqarıstan bir çox sahələrdə, o cümlədən turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq edir: "Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf etdiriləcək. Qlobal Bakı Forumu ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir”.
 
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər