Azərbaycanla Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq planı

334
Azərbaycan və Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq planı haqqında sənəd imzalanacaq.
 
 
 
BakuPost.azAPA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Gürcüstan Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində paylaşılıb. Qeyd olunub ki, sənədin imzalanması Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin iyunun 12-də Qəbələdə keçiriləcək üçtərəfli görüşü çərçivəsində baş tutacaq. Sənədi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və gürcüstanlı həmkarı Levon İzoria imzalayacaq.
 
 
 
Gürcüstanın Müdafiə naziri Levon İzoria Türkiyə milli müdafiə naziri Hulusi Akarla ikitərəfli görüşəcək. Görüşdə Gürcüstan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələri haqqında müzakirələrin aparılacağı bildirilir. 
 
 
Nazirliyin məlumatında qeyd olunur ki, müdafiə nazirlərinin ikitərəfli görüşlərindən sonra üçtərəfli formatda görüş baş tutacaq və regional təhlükəsizlik məsələləri, həmçinin müdafiə sahəsində əməkdaşlıq əlaqələri müzakirə ediləcək.
 
 
Qeyd edək ki,  Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşü 2012-ci ildən etibarən keçirilir. Qəbələdə baş tutacaq görüş nazirlərin sayca 7-ci görüşüdür.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər