Ru
18:03 / 25 İyun 2019

Azərbaycanla Rusiya arasında hərbi sənaye sahəsində memorandum imzalandı - FOTO

2623
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında hərbi sənaye sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Bakupost-un APA-ya istinadən verdiyi məlumata görə, imzalanma mərasimi Moskva vilayətinin Alobino poliqonunda yerləşən "Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində keçirilən "ARMY-2019" V Beynəlxalq Hərbi-Texniki Forumunda çərçivəsində baş tutub. Memorandumu Azərbaycan tərəfdən müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev, Rusiya tərəfdən isə Rusiya sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev imzalayıb. Azərbaycanla Rusiya arasında hərbi sənaye sahəsində memorandum imzalandı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər