Ru
20:26 / 25 İyun 2019

Azərbaycanlı deputat AŞPA-da səyləri birləşdirməyə çağırıb

2797
"Bu qurumda bizi birləşdirən məqsəd daha yaxşı, daha güclü Avropa uğrunda səy göstərməkdır". BakuPost.az xəbər verir ki, bunu AŞPA-nın yay sessiyasında "Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyası: nailiyyətlər və çətinliklər” adlı birgə müzakirələrdə Azad Demokratlar Qrupu adından çıxış edən Naqif Həmzəyev bildirib. Onun sözlərinə görə, Avropada insanların məlumatlı olmalarını təmin etmək insanları düzgün istiqamətə yönəltməkdir: "Məqsədimiz bütün azlıqların hüquqlarını qorumaqdır. Qadınlara qarşı şiddətin qarşısını almaq qarşımızda duran hədəflər arasındadır. Bu istiqamətdə lazımi tədbirlər görülməlidir. Qadınlara qarşı zorakılıqla bağlı İstanbul Konvensiyası ilə əlaqədar böyük addımlar atılıb və bunu yüksək qiymətləndiririk". Azərbaycanlı deputat deyib ki, qadın zorakılığına qarşı mübarizədə İstanbul Konvensiyası böyük əhəmiyyət daşıyır: "Ancaq bu asan proses deyil. Bu proses böyük dəyişikliklər tələb edir. İstanbul Konvensiyasına uyğun olaraq bu sahədə nailiyyətlər əldə olunsa da, hələ ki çətinliklər qalmaqdadır. Bizim qitədə olan müxtəliflik böyük sərvətdir. Biz bu müxtəlifliyi bir araya gətirməliyik. Olduğu kimi bir yerdən götürüb digər yerə qoymaq vərdişinə üz tutmamalıyıq. Bunun üçün öyrəşmə, özününküləşdirmə kimi mərhələlərdən keçilməlidir. Yalnız bu yolla nailiyyətlər əldə etmək mümkündür". N.Həmzəyev qadınlara qarşı zorakılıq aktlarına son qoymaq naminə səyləri birləşdirməyə çağırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər