Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin pornoqrafik videosu yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə videgörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, videodanışıq zamanı ekran görüntüsünün qeydə alındığından xəbəri olmayan 43 yaşlı deputat ehtirasına hakim ola bilməyib.
R.Hacıyev 2016-cı ildən Gürcüstan parlamentinin Marneuli rayonundan majoritar deputatdır. Gürcüstan parlamentindəki “Gürcü Arzusu” Fraksiyasının azərbaycanlı deputatı R.Hacıyev 1 yanvar 1978-ci ildə Marneuli rayonu Görarxı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi rus dilində oxuyub. Tbilisi Universitetində təhsil alıb, ixtisasca hüquqşünasdır. 2001-2002-ci illərdə Marneuli bələdiyyəsində sosial şöbənin mütəxəssisi olaraq işləyib. 2002-2006-cı illərdə Marneuli bələdiyyəsində hüquq xidmət şöbəsinin rəhbəri olub.Marneulidəki 2 və 3 saylı məktəblərin direktoru vəzifəsində çalışıb. 2014-cü ildən millət vəkili seçilənədək Marneuli bələdiyyəsi resurs mərkəzinin rəhbəri olub. Gürcü, ingilis, türk və rus dillərini bilir. Ailəlidir. İki oğlu var.
Qeyd edək ki, son vaxtlar bu cür kibercinayətlərin sayı artıb. İnsanların intim həyatı video-görüntülər şəklində cəmiyyətə təqdim olunur. Bu təxribat xarakterli videolarla insanları şantaj edib pul alırlar. Proses isə təxminə eyni olur: əvvəlcə gözəl görünüşlü bir xanıma məxsus profildən dostluq göndərilir. Sonra həmin xanım tanış olmaq istədiyini bildirir. Daha sonra isə görüntülü zəng edib, virtual sekslə məşğul olmağı təklif edirlər. Bu zaman isə danışıq qeydə alınır. Prosesdən sonra isə həmin video ilə tora salının şəxsdən pul tələb olunur.
Tövsiyə olunur ki, tanınmayan şəxslər tərəfindən görüntülü zənglərə cavab verilməsin.
Xatırladaq ki, ötən gün Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun da buna oxşar intim görüntüləri yayılıb.