Azərbaycanlı idmançı Rusiyada bir zərbəylə ADAM ÖLDÜRDÜ

1003
 
Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev saxlanılıb.

BakuPost xəbər verir ki, o, Aleksandr Babareviçin ölümündə ittiham olunur.
 
Məlumata görə hadisə fevralın 16-da klubun qarşısında baş verib. 19 yaşlı Aleksandr söyüş söyüb. O daha sonra Ruslanı söhbət etmək üçün çağırıb. Azərbaycanlı idmançı Aleksandrın başına bir zərbə vurub. O, aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. 
 
İdmançı saxlanılan zaman əməlini etiraf edib.

İlk məhkəmə iclası ötən gün keçirilib. Cinayət məcəlləsinə görə, İsayevi 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhkəmədə Ruslan ev dustaqlığına buraxılmasını xahiş edib. Hakimlər isə onun iki ay müddətinə həbsdə qalması ilə bağlı qərar qəbul edib.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər