Almaniyada daha bir azərbaycanlı özünü doğradı - DEPORTDANSA ÖLMƏK...

1881
"Almaniyada qaçqın statusu üçün müraciət etmiş, Lbbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə, İtaliyaya getməkdən imtina edən daha bir həmvətənimiz özünü doğrayıb".
 
BakuPost xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev  məlumat yayıb.
 
Ə.Əliyev qeyd edib ki, hər iki qollarını kəsən şəxs 2 ay əvvəl Italiya vizası ilə Almaniyaya gəlib.
 
Bu gün polislər onu məcburi qaydada İtaliyaya deport etmək istədikləri zaman özünü doğrayıb. Hüseyn Kəlbəcər rayonunda anadan olub, evlidir, iki azyaşlı uşağı var. O, təcili yardımla xəstəxanaya çatdırılıb.
 
Qeyd edək ki, analoji hadisə bir ay öncə də baş vermişdi. Həmin vaxt özünə qəsd edən azərbaycanlı qadını xilas etmək mümkün olmamışdı.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər