Azərbaycanlılar Gürcüstanda qəzaya düşdülər: 7 yaralı

588
Tbilisi-Batumi avtomobil magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  xəbər verir ki,  "Sputnik Gürcüstan”ın məlumatına görə, yolun Lançxuti bölgəsindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

Bədbəxt hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar arasında Azərbaycan vətəndaşları da var.

Xəsarət alanlara xəstəxanada tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər