Azərbaycanlının törətdiyi qəzada futbolçunun həyat yoldaşı öldü

497
Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
BakuPost.az-ın"Report"a istinadən məlumatına görə, bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.
 
Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.
 
Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
 
Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat" klubunun (Lvov) əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim Lübov Rassıxinadır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər