Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tarixində ilk dəfə olaraq qurumun sədri efirə çıxaraq aparıcılıq edib.
BakuPost-un məlumatına görə, sentiyabrın 4-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla qurumun sədri təyin edilən Rövşən Məmmədov aparıcılıq missiyasını davam etdirərək bu gün axşam 20 00-da AzTV-də “Həftə” analitik proqramını təqdim edib.
Qeyd edək ki, Azərbaycan Televiziyasının yarandığı vaxtdan bu quruma sədrlik edənlərdən heç biri aparıcılıq etməyib.
Xatırladaq ki, bu il yanvarın 15-də AzTV sədri Arif Alışanov vəzifəsindən azad olunub, sədr səlahiyyətlərinin icrasını həmin gündən son təyinata qədər Rövşən Məmmədov həyata keçiridi. R.Məmmədov əvvəllər AzTV-nin İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru, “Günün nəbzi” verilişinin və “Həftə” analitik proqramının aparıcısı olub.