Ru
17:46 / 07 Noyabr 2019

Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı

Bağça adıyla “yeyilən” milyonlar –  Büdcədəki rəqəmlər işin üstünü açdı
5889

Büdcədən məktəbəqədər təhsil müəssisələrində ərzaq üçün ayrılan pulların xərclənməsində ciddi problemlər var. Və burada xırda vəsaitdən deyil, milyonlardan söhbət gedir.

Tanınmış ekspert Rövşən Ağayev 2020-ci ilin büdcəsi ilə bağlı paylaşdığı rəqəmlərdən də bu, aydın görünür.


BakuPost xəbər verir ki, onun göstərdiyi rəqəmlərin müqayisəsi kifayət qədər ilginc nəticələr çıxarmağa əsas verir:

“Deməli, 2017-ci ildə məktəbəqədər təhsil müəssisələrində ərzaq alınmasına 41.6 mln. manat xərclənmişdi. 2018-ci ildə proqnoz birdən-birə az qala 3 dəfə azaltdılar və 17.2 mln. manat xərc nəzərdə tutuldu. Amma il bitəndən sonra bəlli oldu ki, 17.2 mln. manat yox, faktiki olaraq 53.7 mln. manat xərclənib.

2019-cu il gəldi - məktəbəqədər təhsil ərzaq xərcləri az qala 2 dəfə artırıldı - 53 mln. manatdan 97.3 mln. manata çatdırıldı.
İndi isə 2020-ci il gəlib, həmin xərclər 35%-ə yaxın azaldılaraq 65 mln. manata endirilib.

Aydındır ki, qısa müddətdə nə ərzağın qiymətlərində, nə də uşaqların sayında belə kəskin qalxıb-enmə ola bilməz və onlar da xərclərin bu cür ziqzaqvarı hərəkətinə gətirməz.
Ehtimal etdiyim versiya: burda hansısa qara maraqlar cocuqların ərzağından qazanmaq üçün qara oyunlar qurur...”

Hər halda rəsmi izah çox maraqlı olar.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar