Bakı bulvarında gürzələr peyda olub? - AÇIQLAMA - VİDEO

3530

 

 
Dünən Bakı Bulvarında ilan tutulduğuna dair sosial şəbəkələrdə görüntülər yayılıb.

Bakupost.az-ın xəbərinə görə, əlində ilanla bulvarda dəniz kənarında video çəkən vətəndaş bildirir ki, gürzə ilanını parkın mərkəzində yaxalayıb. Video günün ən çox müzakirə olunan görüntülərindən biri olub.

Məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib ki, milli parkda ilanın olması faktı inandırıcı deyil, çünki Səhiyyə Nazirliyinin müfaviq qurumları mütəmadi olaraq Bulvar ərazisində dərmanlama aparırlar. Mətbuat xidməti rəhbəri bildirib ki, qurum sonuncu dərmanlama işini də iyun ayında aparıb: "Ola bilsin ki, vətəndaş hardasa tutduğu ilanı gətirib Bulvarda çəkib. Ancaq bulvarda ilanların olması mümkün deyil”.
 


 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər